main-post-cover

    Nothing Phone (1)-in kameraları vasitəsilə çəkilmiş foto nümunələr təqdim edilib

    Cihazlar+
    10.07.2022
    Farid Pardashunas
        Artıq sabah Nothing şirkəti ilk smartfon modeli Nothing Phone (1)-i təqdim edəcək. İndi isə şirkət sözügedən smartfonun kameraları vasitəsilə çəkilmiş foto nümunələri təqdim edib. Bununla yanaşı smartfonun sahib olacağı əsas kameranın özəllikləri də məlum olub. Beləliklə smartfonun əsas arxa kamerası 50 MP-lik olacaq. Söhbət, f/1.88 diafraqmaya sahib 1/1.56 düym ölçülü Sony IMX766 adlı kamera sensorundan gedir. Məlumatda qeyd edilib ki, sözügedən kamera həm optik (OIS) həm də elektron (EIS) stabilizasiya sistemlərini əldə edəcək. Smartfonun ikinci arxa kamerası barəsində rəsmi bir məlumat yoxdur. Lakin daha öncəki məlumatlara əsasən ikinci kamera 16 MP-lik olacaq və ultragenişbucaqlı obyektivə sahib olacaq.
        Təqdim edilmiş ilk foto nümunələrdən hansısa yekun bir nəticəyə gəlmək mümkün deyil. Həmin fotolardan görmək olar ki, smartfonun kameraları detallı və yaxşı diapazonlu fotolar çəkə bilirlər. Bundan əlavə olaraq pişik fotosunda yaxşı keyfiyyətdə olan makroçəkilişi də qeyd etmək olar. Son məlumatlara əsasən Nothing Phone (1) 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym OLED ekran, Snapdragon 788G+ prosessoru, 8/12 GB RAM və 33 vatt gücündə sürətli şarj tenxologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun hansı qiymətə satılacağı barəsində dəqiq məlumat isə sabahkı təqdimat zamanı bilinəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər