Logo
    main-post-cover

    Nothing Phone (2)-nin fotosu rəsmi şəkildə təqdim olunub

    Cihazlar+
    05.07.2023
    Emil
        Nothing şirkəti Nothing Phone (2)-nin fotosunu rəsmi şəkildə təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, şirkətin yeni smartfonu iki gövdə rənginə sahib olacaq. Ağ və qara. Bununla yanaşı Nothing Phone (2) özündə ikili arxa kameranı və Glyph adlı işıqlandırma sistemini birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Nothing Phone (2) 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (2)-nin təqdimatı 11 iyul tarixində baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər