Nothing Phone (2)-nin hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum olub
Cihazlar+
18.05.2023
Emil Nəcəfov
Nothing şirkəti aktiv şəkildə Nothing Phone (2) üzərində çalışır. Daha öncə smartfonun Snapdragon 8 seriyasına daxil olan prosessorlardan birini əldə edəcəyi söylənilmişdi. Lakin söhbətin dəqiq şəkildə hansı prosessordan getdiyi məlum deyildi. Nothing şirkətinin CEO-su Carl Pei bu məsələ ilə bağlı rəsmi məlumatı təqdim edib. Onun sözlərinə əsasən Nothing Phone (2) Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Nothing Phone (1) Snapdragon 778G+ prosessoru ilə təchiz olunur. Nothing Phone (2)-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, 12 GB RAM və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Smartfon yay fəslində təqdim olunmalıdır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!