
Nothing şirkəti Nothing Phone (2) smartfonunun ilk tizer fotosunu təqdim edib. Təqdim edilmiş tizer fotoda çox güman ki, Nothing Phone (2)-nin gövdəsinin müəyyən hissəsi əks olunub. Bundan əlavə olaraq fotodan da görmək olar ki, cihaz üzərində qırmızı rəngdə hansısa element əks olunub. Heç istisna deyil ki, fotoda smartfonun arxa paneli sərgilənib. Qeyd etmək lazımdır ki, Nothing Phone (2) smartfonu yay fəslində təqdim olunacaq və o, Premium smartfonlar sinifinə daxil olacaq. Smartfonun Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacağı gözlənilir.