main-post-cover

    Nothing Phone (2)-nin konkret olaraq hansı Snapdragon prosessorunu əldə edəcəyi məlum olub

    Cihazlar+
    07.03.2023
    Farid Pardashunas
        Nothing şirkətinin CEO-su Carl Pei keçən həftə Barselonada baş tutmuş MWC 2023 sərgisi çərçivəsində bildirmişdi ki, Nothing Phone (2) smartfonu Qualcomm şirkətinin prosessoru vasitəsilə çalışacaq. Lakin smartfonun konkret olaraq Qualcomm-un hansı prosessorunu əldə edəcəyi qeyd edilməmişdi. İndi isə Nothing Phone (2)-nin hansı Snapdragon prosessoru ilə təchiz olunacağı məlum olub. Beləliklə verilmiş məlumata əsasən Nothing şirkətinin növbəti smartfonu Snapdragon 8+ Gen 1 prosessorunu əldə edəcək.
        Qeyd etmək lazımdır ki, bu məlumatı Qualcomm şirkətinin top menecerlərindən biri təsadüfən LinkedIn-də paylaşıb. Lakin bir müddətdən sonra sözügedən məlumatı paylaşmış top menecer həmin paylaşımdan prosessorun adını silib. Qeyd etmək lazımdır ki, Nothing Phone (2) smartfonu Nothing Phone (1)-in davamçısı olacaq. Onun bu ilin üçüncü rübündə təqdim ediləcəyi gözlənilir. Daha öncə Carl Pei qeyd etmişdi ki, şirkətin növbəti smartfonu premium seqmentə daxil olacaq. Gözləntilərə əsasən Nothing Phone (2) 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər