Logo
    main-post-cover

    Nothing Phone (2)-nin satış qiyməti barəsində məlumat verilib

    Cihazlar+
    16.06.2023
    Emil
        Artıq məlumdur ki, Nothing şirkəti Nothing Phone (2)-nin təqdimatını 11 iyul tarixində keçirəcək. İndi isə insayderlər sözügedən smartfonun satış qiyməti barəsində məlumatı təqdim ediblər. Təqdim edilmiş məlumat smartfonun ABŞ-dakı satış qiymətini əhatə edir. Beləliklə onların sözlərinə əsasən Nothing Phone (2) ABŞ bazarında 449-499$-a satılacaq. Avropada isə smartfonun 500-550 avroya satılacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Nothing Phone (2)-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir.
    Paylaş
    Bənzər xəbərlər