Logo
    main-post-cover

    Nothing Phone (2)-nin satış qiyməti ilə bağlı yeni məlumat verilib

    Cihazlar+
    21.06.2023
    Emil
        Keçən il bir çoxları Nothing Phone (1)-in satış qiymətindən narazı qalmışdılar. Belə ki, alıcıların çoxu smartfonun qeyri-adi dizayna sahib olmasına baxmayaraq onun baha qiymətə satıldığını düşünürdülər. Görünür, Nothing şirkətinin CEO-su Carl Pei düşünür ki, daha yaxşı texniki göstəricilərə sahib olacaq Nothing Phone (2) daha baha qiymətə satılmalıdır. İnsayderlər Nothing Phone (2)-nin Fransada olacaq satış qiymətləri barəsində məlumat veriblər.
        İlk öncə qeyd etmək lazımdır ki, smartfon iki daxili yaddaş versiyasında satışa çıxacaq. Onlardan biri 256 GB-lıq, digəri isə 512 GB-lıq olacaq. Beləliklə insayderlərin sözlərinə əsasən Nothing Phone (2)-nin 256 GB yaddaşa sahib versiyası Fransada 730 avroya, 512 GB yaddaşa sahib versiyası isə 850 avroya satılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Nothing Phone (1)-in 128 GB yaddaşa sahib versiyası 470 avroya, 256 GB yaddaşa sahib versiyası isə 550 avroya satılırdı. Nothing Phone (2)-nin təqdimatı 11 iyul tarixində baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər