
Nothing Phone (2)-nin şəffaf dizaynda USB Type-C naqilinin fotosu təqdim edilib
Nothing şirkəti gələn ay təqdim olunacaq Nothing Phone (2)-yə marağı artırmaqda davam edir. Şirkətin CEO-su Carl Pei öz Twitter hesabında istifadəçilərdən Nothing Phone (2)-nin görüntüsünün təqdimatdan öncə sərgilənməsini istəyib-istəmədiklərini soruşub. İstifadəçilərin əksəriyyəti təqdimatdan öncə yeni smartfonun xarici görünüşünü görmək istəyiblər. Lakin Carl Pei bunun üçün hələ tez olduğunu qeyd edərək smartfonun yerinə onun USB Type-C naqilinin fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, naqilin başlıq hissəsi Nothing Phone (1)-in şəffaf dizaynı tərzində reallaşdırılıb. Bu isə öz növbəsində Nothing şirkətinin öz məhsullarında hansı dizayn özəlliyinə üstünlük verdiyini bir daha təsdiqləyib. Qeyd etmək lazımdır ki, Nothing Phone (2)-nin təqdimatı 11 iyul tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər