
Nothing Phone (2)-nin təqdimat tarixi barəsində məlumat verilib
Artıq məlumdur ki, Nothing şirkəti yaxın zamanda öz yeni smartfonunu təqdim edəcək. Söhbət, Nothing Phone (2)-dən gedir. Smartfonun gələn ay təqdim olunacağı gözlənilir. İndi isə insayderlər Nothing Phone (2)-nin təqdimat tarixi barəsində yeni məlumatı təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən Nothing Phone (2)-nin təqdimatı 11 iyul tarixində baş tutacaq. Bu məlumatın doğru olub-olmadığı yaxın zamanda bilinəcək. Qeyd etmək lazımdır ki, Nothing şirkətinin yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
Paylaş
Bənzər xəbərlər