
Nothing Phone (2)-nin təqdimatı rəsmi şəkildə anons edilib
Nothing şirkəti öz növbəti smartfonu olacaq Nothing Phone (2)-nin təqdimatını anons edib. Şirkətin rəsmi elanına əsasən Nothing Phone (2) 11 iyul tarixində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, dünən insayderlər də məhz bu tarixi qeyd etmişdilər. Beləliklə onların məlumatları təsdiqlənmiş oldu. Gözləntilərə əsasən şirkət Nothing Phone (2) ilə yanaşı həmçinin NothingOS 2.0 adlı yeni istifadəçi interfeysini də təqdim edəcək. Nothing Phone (2)-yə gəldikdə isə smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər