main-post-cover

    Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    06.02.2023
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə Nothing şirkətinin CEO-su Carl Pei rəsmi şəkildə bildirmişdi ki, şirkət artıq Nothing Phone (2) üzərində çalışır və o bu ilin sonuna yaxın təqdim ediləcək. Bununla yanaşı Carl Pei qeyd etmişdi ki, Nothing Phone (1)-dən fərqli olaraq Nothing Phone (2) daha premium smartfon olacaq. İndi isə insayderlər sözügedən smartfon barəsində bəzi yeni məlumatları təqdim ediblər. İnsayderlər bildiriblər ki, Nothing Phone (2) smartfonu A065 model nömrəsinə sahibdir.
        Hal hazırda aktual olan Nothing Phone (1)-dən fərqli olaraq isə Nothing Phone (2) flaqman smartfon olacaq. Məlumata əsasən smartfon Qualcomm Snapdragon 8 seriyasının flaqman prosessoru ilə təchiz olunmalıdır. Bununla yanaşı Nothing Phone (2) 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekrana, 12 GB RAM-a, 256 GB-a kimi daxili yaddaş həcminə və yüksək sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olmalıdır. Nothing Phone (2)-nin dəqiq təqdimat tarixi barəsində məlumat olmasa da, onun bu ilin üçüncü rübündə təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər