main-post-cover

    Nothing Phone (2) barəsində yeni rəsmi məlumatlar təqdim edilib

    Cihazlar+
    01.06.2023
    Farid Pardashunas
        Nothing şirkəti öz yeni smartfonu olacaq Nothing Phone (2) barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə şirkət onun hansı ölçüdə ekran ilə təchiz olunacağını açıqlayıb. Beləliklə verilmiş rəsmi məlumata əsasən Nothing Phone (2) smartfonu 6.7 düym ekrana sahib olacaq. Çox güman ki, ekran OLED texnologiyası əsasında hazırlanacaq və Full HD+ keyfiyyətində olmaqla yanaşı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, Nothing Phone (1) modeli 6.55 düym ölçülü OLED ekranla təchiz olunur. Bundan əlavə olaraq şirkət bildirib ki, Nothing Phone (2) 3 il ərzində əməliyyat sistemi yenilənməsini əldə edəcək. Smartfon qutudan Android 13 ilə çalışmalıdır. Bu isə o deməkdir ki, Nothing Phone (2) Android 14-ü, Android 15-i və Android 16-nı əldə edəcək. Artıq məlumdur ki, yeni smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və 4700 mAh enerji tutumlu batareyaya sahib olacaq. Nothing Phone (2)-nin iyul ayında təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər