Nothing Phone (2) barəsində yeni rəsmi məlumatlar verilib

Nothing Phone (2) barəsində yeni rəsmi məlumatlar verilib

Mobil Cihazlar
01.03.2023 PAYLAŞIM

    Nothing şikətinin CEO-su Carl Pei MWC 2023 sərgisi çərçivəsində Nothing Phone (2) barəsində bəzi məlumatları təqdim edib. O, smartfonun hansı prosessor vasitəsilə çalışacağı və onun təqribi təqdimat tarixi barəsində məlumatları paylaşıb. Beləliklə Carl Pei bildirib ki, Nothing Phone (2) smartfonu Qualcomm-un hal hazırda aktual olan Snapdragon 8 seriyalı prosessoru vasitəsilə çalışacaq.

    “Biz yeni smartfonda Snapdragon 8 seriyasından istifadə etməyi nəzərdə tutmuşuq. Daha öncə mən qeyd etmişdim ki, yeni smartfon premium smartfonlar sinifinə daxil olacaq. Lakin biz rəsmi şəkildə smartfonun Qualcomm və ya MediaTek prosessorunu əldə edəcəyini açıqlamamışdıq” - deyə Carl Pei qeyd edib. Gözləntilərə əsasən Nothing Phone (2) bu ilin üçüncü rübündə təqdim ediləcək.


    Əgər bu həqiqətən də belə olsa, çətin ki, smartfon Snapdragon 8 Gen 3 prosessorunu əldə etsin. Çox güman ki, Nothing Phone (2) ya Snapdragon 8+ Gen 1 ya da Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Carl Pei həmçinin qeyd edib ki, şirkət yeni smartfonda əsas diqqətini proqram təminatına yönəldəcək. Yeni smartfon öz unikal dizaynını qoruyub saxlayacaq və demək olar Nothing Phone (1)-in satış qiymətinə sahib olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×