
Artıq məlumdur ki, Nothing şirkəti öz növbəti smartfonu üzərində çalışır. Söhbət, Nothing Phone (2)-dən gedir. Sözügedən smartfon Nothing Phone (1)-dən fərqli olaraq flaqman smartfonlar sinifinə daxil olacaq. İndi isə Nothing Phone (2)-nin Geekbench testlərindən keçdiyi məlum olub. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Lakin çox güman ki, onun 8 GB RAM ilə təchiz olunmuş versiyası da olacaq.
Nothing Phone (2) barəsində ilk məlumatlar verilib
Beləliklə Nothing Phone (2) Geekbench-in bir nüvəli testi çərçivəsində 1253 xal, çox nüvəli testi çərçivəsində isə 3833 xal toplayıb. Geekbench testləri nəticələrindən Nothing Phone (2)-ni flaqman smartfon adlandırmaq biraz çətindir. Lakin bununla belə o, Nothing Phone (1)-dən daha sürətlidir. Belə ki, Nothing Phone (1) Geekbench-in bir nüvəli testi çərçivəsində 999 xal, çox nüvəli testi çərçivəsində isə 2797 xal toplayır. Son məlumatlara əsasən yeni smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Nothing Phone (2)-nin yayda təqdim ediləcəyi gözlənilir.