Logo
    main-post-cover

    Nothing Phone (2a) AnTuTu testlərindən keçib

    Cihazlar+
    19.02.2024
         Nothing şirkəti Nothing Phone (2a) smartfonunu 5 mart tarixində təqdim edəcək. Lakin smartfon artıq AnTuTu testlərindən keçib. Bununla belə onun test nəticələri Redmi Note 13 Pro+ və  OnePlus Nord CE 3 smartfonlarının AnTuTu-dakı test nəticələri ilə müqayisə edilib. Təqdim edilmiş fotodan da görmək olar ki, Nothing Phone (2a) AnTuTu testlərində ümumilikdə 738 164 xal toplayıb. Bu mövzuda Nothing-in yeni smartfonu həm Redmi Note 13 Pro+ həm də OnePlus Nord CE 3-ü geridə qoyub. Qeyd etmək lazımdır ki, Nothing Phone (2a)-nın 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ekranla təchiz olunacağı və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Nothing Phone (2a) AnTuTu testlərindən keçib | Technote