
Nothing Phone (2a)-nin bəzi texniki göstəriciləri açıqlanıb
Cihazlar+
01.12.2023
Emil
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Nothing şirkəti Nothing Phone (2)-nin sadələşdirilmiş versiyası üzərində çalışır. Söhbət, Nothing Phone (2a)-dan gedir. İndi isə insayderlər sözügedən smartfonun bəzi texniki göstəriciləri barəsində məlumatlar veriblər. Onların sözlərinə əsasən Nothing Phone (2a) smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfon optik stabilizasiyaya sahib 50 MP-lik əsas arxa kameranı əldə edəcək və özündə 4920 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Nothing Phone (2a)-nın qutudan Android 14 vasitəsilə çalışacağı gözlənilir. Smartfonun nə zaman təqdim olunacağı isə bilinmir.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
