main-post-cover

    Nothing Phone (2a)-nın dizaynı keys fotoları vasitəsilə təsdiqlənib

    Cihazlar+
    13.02.2024
    Emil Nəcəfov
         Nothing şirkəti bu gün Nothing Phone (2a)-nın təqdimatını rəsmi şəkildə anons etdi. Smartfon 5 mart tarixində təqdim olunacaq. İndi isə Nothing Phone (2a)-nın dizaynı keys fotoları vasitəsilə təsdiqlənib. Ortaya çıxmış fotolarda əks olunmuş keysin arxa panelinin üst mərkəz hissəsində üfüqi şəkildə yerləşdirilmiş oval formalı kamera sahəsi var. Bu isə smartfonun iki ədəd arxa kamera obyektivinə sahib olacağı deməkdir. Fotolarda əks olunmuş keysin dizaynı bir neçə müddət bundan öncə Nothing Phone (2a)-nın ortaya çıxmış render fotosundakı dizaynı ilə üst-üstə düşür. Qeyd etmək lazımdır ki, Nothing Phone (2a)-nın 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacağı və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (2a) smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib
    nothing-phone-2a-smartfonunun-teqdimati-resmi-sekilde-anons-edilib
    Nothing Phone (2a)-nın fərqli render fotosu təqdim edilib
    nothing-phone-2a-nin-ferqli-render-fotosu-teqdim-edilib
    Nothing Phone (2a)-nın növbəti render fotosu ortaya çıxıb
    nothing-phone-2a-nin-novbeti-render-fotosu-ortaya-cixib
    Android 14-ün stabil versiyası Nothing Phone (1) üçün istifadəyə verilib
    android-14-un-stabil-versiyasi-nothing-phone-1-ucun-istifadeye-verilib
    Nothing Phone (2a) smartfonu rəsmi şəkildə təsdiqlənib
    nothing-phone-2a-smartfonu-resmi-sekilde-tesdiqlenib