main-post-cover

    Nothing Phone (2a)-nın hansı konfiqurasiyalarda və hansı qiymətə satılacağı açıqlanıb

    Cihazlar+
    15.02.2024
    Emil Nəcəfov
         Bir neçə gün bundan öncə Nothing şirkəti Nothing Phone (2a)-nın təqdimatını anons etdi. Smartfon 5 mart tarixində təqdim olunacaq. İndi isə insayderlər sözügedən smartfonun hansı RAM və daxili yaddaş variantlarında satışa çıxacağını və hansı qiymətə satılacağını açıqlayıblar. Beləliklə verilmiş məlumata əsasən Nothing Phone (2a) Avropa bazarında iki versiyada satışa çıxacaq. Birinci versiya 8 GB RAM-a və 128 GB daxili yaddaşa, ikinci versiya isə 12 GB RAM-a və 256 GB daxili yaddaşa sahib olacaq. Məlumatda qeyd edilib ki, birinci versiya 349 avroya, ikinci versiya isə 399 avroya satılacaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (2a)-nın 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekrana sahib olacağı və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (2a)-nın dizaynı keys fotoları vasitəsilə təsdiqlənib
    nothing-phone-2a-nin-dizayni-keys-fotolari-vasitesile-tesdiqlenib
    Nothing Phone (2a) smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib
    nothing-phone-2a-smartfonunun-teqdimati-resmi-sekilde-anons-edilib
    Nothing Phone (2a)-nın fərqli render fotosu təqdim edilib
    nothing-phone-2a-nin-ferqli-render-fotosu-teqdim-edilib
    Nothing Phone (2a)-nın növbəti render fotosu ortaya çıxıb
    nothing-phone-2a-nin-novbeti-render-fotosu-ortaya-cixib
    Android 14-ün stabil versiyası Nothing Phone (1) üçün istifadəyə verilib
    android-14-un-stabil-versiyasi-nothing-phone-1-ucun-istifadeye-verilib