
Nothing Phone (2a)-nın hansı prosessora sahib olacağı açıqlanıb
Cihazlar+
18.12.2023
Emil
Son həftələr ərzində ortaya çıxan məlumatlara əsasən Nothing şirkəti Nothing Phone (2a) adlı yeni smartfonunun təqdimatına hazırlaşır. Keçən həftə şirkət hətta növbəti təqdimat tədbirini də anons etdi. Şirkətin növbəti təqdimatı 27 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində baş tutacaq. Çox güman ki, şirkət Nothing Phone (2a)-nı məhz həmin təqdimatda anons edəcək. İndi isə sözügedən smartfonun hansı prosessora sahib olacağı barəsində məlumat ortaya çıxıb.
Ortaya çıxmış məlumata əsasən Nothing Phone (2a) smartfonu MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Bu, şirkətin MediaTek prosessorlu ilk smartfonu olacaq. Qeyd etmək lazımdır ki, daha öncəki Nothing Phone (1) və Nothing Phone (2) smartfonları Qualcomm prosessorları vasitəsilə çalışırlar. Belə ki, Nothing Phone (1) modeli Snapdragon 778G+ prosessoruna, Nothing Phone (2a) modeli isə Snapdragon 8 Gen 1 prosessoruna sahibdir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
