Logo
    main-post-cover

    Nothing Phone (2a)-nın MediaTek Dimensity 7200 prosessorunu əldə edəcəyi məlumatı təkzib edilib

    Cihazlar+
    20.02.2024
    Emil
         Nothing şirkəti 5 mart tarixində Nothing Phone (2a)-nın təqdimatını keçirəcək. Bu smartfon barəsində daha öncə olmuş məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon böyük ehtimal ilə MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Lakin bu məlumat rəsmi şəkildə təkzib edilib. Məlumatı Nothing şirkətinin CEO-su Carl Pei öz X (keçmiş Twitter) hesabında təkzib edib. Smartfonun nəticədə hansı prosessoru əldə edəcəyi barəsində rəsmi məlumatın bu gün təqdim olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Nothing Phone (2a)-nın 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranı əldə edəcəyi və özündə 50 MP + 50 MP ikili arxa kameranı birləşdirəcəyi gözlənilir.
    Paylaş