main-post-cover

    Nothing Phone (2a)-nın növbəti render fotosu ortaya çıxıb

    Cihazlar+
    05.02.2024
    Emil Nəcəfov
         Nothing şirkəti artıq rəsmi şəkildə təsdiqləyib ki, o, yaxın zamanda Nothing Phone (2a) smartfonunu təqdim edəcək. İndi isə internetdə Nothing Phone (2a)-nın render fotosu ortaya çıxıb. Fotoda smartfonun həm ön həm də arxa paneli əks olunub. Ortaya çıxmış fotodan da görmək olar ki, smartfon yastı ekrana və ikili arxa kameraya sahibdir. Lakin arxa panel dizaynını görmək mümkün deyil. Belə ki, smartfon xüsusi keys daxilindədir. Son məlumat sızıntılarına əsasən Nothing Phone (2a) 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 50 MP + 50 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirəcəyi gözlənilir. Çox güman ki, Nothing Phone (2a) bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisi çərçivəsində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 14-ün stabil versiyası Nothing Phone (1) üçün istifadəyə verilib
    android-14-un-stabil-versiyasi-nothing-phone-1-ucun-istifadeye-verilib
    Nothing Phone (2a) smartfonu rəsmi şəkildə təsdiqlənib
    nothing-phone-2a-smartfonu-resmi-sekilde-tesdiqlenib
    Nothing Phone ((2a)-nın vacib özəlliklərindən biri məlum olub
    nothing-phone-2a-nin-vacib-ozelliklerinden-biri-melum-olub
    Nothing Phone (2a) və Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı açıqlanıb
    nothing-phone-2a-ve-nothing-phone-3-un-ne-zaman-teqdim-olunacagi-aciqlanib
    Məşhur insayder Nothing Phone (2a) barəsində növbəti məlumatları təqdim edib
    meshur-insayder-nothing-phone-2a-baresinde-novbeti-melumatlari-teqdim-edib