
Nothing Phone (2a)-nın prototipinin fotosu ortaya çıxıb
Cihazlar+
19.12.2023
Emil
Son günlərdə Nothing şirkətinin Nothing Phone (2a) adlı yeni smartfonu barəsində daha çox məlumat ortaya çıxır. Dünən sözügedən smartfonun sxematik videosu ortaya çıxmışdı. İndi isə internetdə Nothing Phone (2a)-nın prototipinin fotosu ortaya çıxıb. Fotoya əsasən söyləmək olar ki, şirkətin yeni smartfonu üfüqi şəkildə yerləşdirilmiş ikili arxa kameranı əldə edəcək.

Smartfon ekranında əks olunmuş məlumatlara əsasən Nothing Phone (2a) smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym OLED ekranla təchiz olunacaq və özündə 8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 50 MP + 50 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı əldə edəcək. Son məlumat sızıntılarına əsasən Nothing Phone (2a) smartfonu MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Smartfonun 27 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində təqdim ediləcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
