
Nothing Phone (2a)-nin rəsmi render fotosu təqdim edilib
Cihazlar+
23.02.2024
Emil
Nothing Phone (2a)-nın təqdimatı yaxınlaşır. Smartfon 5 mart tarixində təqdim ediləcək. İndi isə məlum olub ki, Nothing şirkətinin forumunun iştirakçılarından biri Nothing Phone (2a)-nın rəsmi render fotosu təqdim edib. Təqdim edilmiş rəsmi render foto bu smartfon barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyir. Render fotodan da görmək olar ki, smartfon yastı ekranı əldə edəcək və onun arxa panelində kameralar üfüqi vəziyyətdə yerləşəcəklər. Arxa kameraların ətraflarında isə Glyph işıqlandırma sisteminin elementləri yerləşəcəklər. Artıq məlumdur ki, Nothing Phone (2a) smartfonu MediaTek Dimensity 7200 Pro prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
