main-post-cover

    Nothing Phone (2a)-nın sxematik videosu ortaya çıxıb

    Cihazlar+
    18.12.2023
    Emil Nəcəfov
         Biz biraz əvvəl Nothing Phone (2a) smartfonunun hansı prosessor vasitəsilə çalışacağı barəsində məlumat verdik. İndi isə insayderlər Nothing Phone (2a)-nın xarici görünüşünü əks etdirən videonu təqdim ediblər. Təqdim edilmiş videoda smartfonun arxa paneli əks olunub və o, sxematik şəklindədir. Videodan da görmək olar ki, Nothing Phone (2a) arxa panel mövzusunda Nothing Phone (2)-dən tamamilə fərqlənəcək.
    Nothing Phone (2a)
         Belə ki, yeni smartfonun arxa panelində böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək və onun daxilində iki ədəd kamera obyektivi olacaq. Kamera sahəsinin xaricində isə 3 ədəd LED xətti olacaq. Güman etmək olar ki, həmin LED xətlər daxil olan zənglər və bildirişlər zamanı işıqlanacaqlar. Bununla yanaşı onların smartfondakı səs və enerji səviyyəsini əks etdirəcəkləri də istisna deyil. Qeyd etmək lazımdır ki, Nothing Phone (2a)-nın MWC 2024 sərgisi çərçivəsində təqdim olunacağı gözlənilir. Belə ki, Nothing şirkəti öz növbəti təqdimat tədbirini məhz 27 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində keçirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (2a)-nın hansı prosessora sahib olacağı açıqlanıb
    nothing-phone-2a-nin-hansi-prosessora-sahib-olacagi-aciqlanib
    Nothing Phone (2) üçün Android 14-ün stabil versiyası istifadəyə verilib
    nothing-phone-2-ucun-android-14-un-stabil-versiyasi-istifadeye-verilib
    Nothing şirkəti MWC 2024 sərgisi çərçivəsində növbəti təqdimatını keçirəcək
    nothing-sirketi-mwc-2024-sergisi-cercivesinde-novbeti-teqdimatini-kecirecek
    Nothing Phone (2a)-nın təqdimatı çox yaxındır
    nothing-phone-2a-nin-teqdimati-cox-yaxindir
    Nothing Phone (2a)-nin bəzi texniki göstəriciləri açıqlanıb
    nothing-phone-2a-nin-bezi-texniki-gostericileri-aciqlanib