main-post-cover

    Nothing Phone (2a)-nın texniki özəllikləri ilə bağlı növbəti məlumatlar ortaya çıxıb

    Cihazlar+
    25.12.2023
    Emil Nəcəfov
         Son zamanlarda mütəmadi şəkildə ortaya çıxmış məlumatlara əsasən Nothing şirkəti Nothing Phone (2a) adlı yeni smartfonunun təqdimatına hazırlaşır. İndi isə internetdə sözügedən smartfonun bəzi texniki göstəriciləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Nothing Phone (2a) smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq. Smartfon MediaTek 7200 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 50 MP ikili arxa kameranı birləşdirəcək. Bununla yanaşı smartfon 32 MP-lik ön kameraya da sahib olacaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (2a)-nın 27 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (1) üçün Android 14-ün beta versiyası istifadəyə verilib
    nothing-phone-1-ucun-android-14-un-beta-versiyasi-istifadeye-verilib
    Nothing Phone (2a)-nın prototipinin fotosu ortaya çıxıb
    nothing-phone-2a-nin-prototipinin-fotosu-ortaya-cixib
    Nothing Phone (2a)-nın sxematik videosu ortaya çıxıb
    nothing-phone-2a-nin-sxematik-videosu-ortaya-cixib
    Nothing Phone (2a)-nın hansı prosessora sahib olacağı açıqlanıb
    nothing-phone-2a-nin-hansi-prosessora-sahib-olacagi-aciqlanib
    Nothing Phone (2) üçün Android 14-ün stabil versiyası istifadəyə verilib
    nothing-phone-2-ucun-android-14-un-stabil-versiyasi-istifadeye-verilib