main-post-cover

    Nothing Phone ((2a)-nın vacib özəlliklərindən biri məlum olub

    Cihazlar+
    29.01.2024
    Emil Nəcəfov
          Nothing şirkəti öz yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Nothing Phone (2a)-dan gedir. Məlum olub ki, şirkətin bu yeni smartfonu TDRA adlı sertifikatlaşdırma agentliyinin saytında A142 model nömrəsi ilə ortaya çıxıb. Bundan əlavə olaraq Nothing Phone (2a) eyni model nömrəsi ilə Almaniyanın TUV adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında da ortaya çıxıb. Lakin bunun sayəsində yalnız smartfonun hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyini öyrənmək mümkün olub.
         Beləliklə məlumata əsasən Nothing Phone (2a) smartfonu 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Nothing şirkəti gələn ayın sonunda keçiriləcək MWC 2024 sərgisində iştirak edəcək. Çox güman ki, Nothing Phone (2a) da məhz MWC 2024 sərgisi çərçivəsində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (2a) və Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı açıqlanıb
    nothing-phone-2a-ve-nothing-phone-3-un-ne-zaman-teqdim-olunacagi-aciqlanib
    Məşhur insayder Nothing Phone (2a) barəsində növbəti məlumatları təqdim edib
    meshur-insayder-nothing-phone-2a-baresinde-novbeti-melumatlari-teqdim-edib
    Nothing Phone (2a)-nın keyfiyyətli render fotosu ortaya çıxıb
    nothing-phone-2a-nin-keyfiyyetli-render-fotosu-ortaya-cixib
    Nothing Phone (2a)-nın texniki özəllikləri ilə bağlı növbəti məlumatlar ortaya çıxıb
    nothing-phone-2a-nin-texniki-ozellikleri-ile-bagli-novbeti-melumatlar-ortaya-cixib
    Nothing Phone (1) üçün Android 14-ün beta versiyası istifadəyə verilib
    nothing-phone-1-ucun-android-14-un-beta-versiyasi-istifadeye-verilib