
Nothing Phone (2a)-nın xarici görünüşü yeni rəsmi fotolar vasitəsilə sərgilənib
Cihazlar+
28.02.2024
Emil
Nothing şirkəti Nothing Phone (2a) smartfonunun təqdimatına az müddət qalmış onun xarici görünüşünü rəsmi fotolar vasitəsilə sərgiləyib. Təqdim edilmiş fotolardakı smartfon dizaynı insayderlər tərəfindən daha öncə təqdim edilmiş Nothing Phone (2a) dizaynı ilə üst-üstə düşür. Şirkət tərəfindən təqdim edilmiş fotolarda smartfon ağ gövdə rəngində əks olunub. Kameralar arxa paneldə üfüqi şəkildə yerləşirlər və kameraların ətraflarında Glyph işıqlandırma sisteminin elementləri var. Smartfonun ağ gövdə rənginə sahib olmasına baxmayaraq səsin tənzimlənməsi düymələri qara rəngdədir. Ekran isə bu smartfonda yastıdır. Qeyd etmək lazımdır ki, Nothing Phone (2a) MediaTek Dimensity 7200 Pro prosessoru vasitəsilə çalışacaq. Smartfonun təqdimatı 5 mart tarixində baş tutacaq.





Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
