
Nothing Phone (2a)-nın yeni render fotoları təqdim edilib və onun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
20.02.2024
Emil
OnLeaks ləqəbli məşhur insayder SmartPrix saytı ilə birgə Nothing Phone (2a)-nın yeni render fotolarını təqdim edib. Bununla yanaşı smartfonun hansı prosessor vasitəsilə çalışacağı rəsmi şəkildə açıqlanıb. Beləliklə təqdim edilmiş yeni render fotolardan da görmək olar ki, Nothing Phone (2a)-nı keçən ilki Nothing Phone (2)-dən fərqləndirəcək əsas xarici görünüş faktoru arxa panel olacaq. Yeni smartfonda kameralar üfüqi şəkildə dairəvi kamera sahəsinin daxilində yerləşəcəklər. Kamera sahəsinin ətrafında isə Glyph işıqlandırma sistemini görmək olar. Nothing rəsmi şəkildə bildirib ki, Nothing Phone (2a) MediaTek Dimensity 7200 Pro prosessoru vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, sözügedən prosessor xüsusi olaraq Nothing Phone (2a) üçün hazırlanıb. Qeyd etmək lazımdır ki, smartfonun təqdimatı 5 mart tarixində baş tutacaq.



Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Nothing Phone (2a)-nın MediaTek Dimensity 7200 prosessorunu əldə edəcəyi məlumatı təkzib edilib
Nothing şirkəti 5 mart tarixində Nothing Phone (2a)-nın təqdimatını keçirəcək.

Cihazlar+
Nothing Phone (2a) AnTuTu testlərindən keçib
Nothing şirkəti Nothing Phone (2a) smartfonunu 5 mart tarixində təqdim edəcək.

Cihazlar+
Nothing Phone (2a)-nın hansı konfiqurasiyalarda və hansı qiymətə satılacağı açıqlanıb
Bir neçə gün bundan öncə Nothing şirkəti Nothing Phone (2a)-nın təqdimatını anons etdi.

Cihazlar+
Nothing Phone (2a)-nın dizaynı keys fotoları vasitəsilə təsdiqlənib
Nothing şirkəti bu gün Nothing Phone (2a)-nın təqdimatını rəsmi şəkildə anons etdi.

Cihazlar+
Nothing Phone (2a) smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Nothing şirkəti öz yeni smartfonu olacaq Nothing Phone (2a)-nın təqdimatını anons edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
