
Nothing Phone (2a) Plus-ın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
25.07.2024
Emil
Artıq məlumdur ki, Nothing şirkəti 31 iyul tarixində Nothing Phone (2a) Plus smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmış şirkət bu yeni smartfonun hansı prosessor vasitəsilə çalışacağını açıqlayıb. Beləliklə şirkət tərəfindən verilmiş rəsmi məlumata əsasən Nothing Phone (2a) Plus smartfonu MediaTek Dimensity 7350 Pro prosessorunu əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, mart ayında təqdim edilmiş Nothing Phone (2a) smartfonu MediaTek Dimensity 7200 Pro prosessoru vasitəsilə çalışır. Bununla yanaşı şirkət açıqlayıb ki, smartfon özündə 12 GB RAM-ı birləşdirəcək və 8 GB virtual RAM özəlliyinə sahib olacaq.

Paylaş
Ən çox oxunanlar

560 işıq ili uzaqlığında potensial su dünyası kəşf edilib
