
Nothing Phone (2a) Plus smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib
Cihazlar+
18.07.2024
Emil
Dünən ortaya çıxmış məlumat sızıntısı öz təsdiqini tapdı. Belə ki, Nothing şirkəti öz yeni smartfonunun təqdimatını anons edib. Söhbət, bu ilin mart ayının əvvəlində təqdim edilmiş Nothing Phone (2a)-nın Plus versiyasından gedir. Beləliklə şirkətin rəsmi anonsuna əsasən Nothing Phone (2a) Plus smartfonu 31 iyul tarixində təqdim olunacaq. Şirkət öz anonsunda bu yeni smartfonun özəllikləri barəsində məlumat verməyib. Lakin bugün ortaya çıxmış məlumatlara əsasən Nothing Phone (2a) Plus smartfonu MediaTek prosessoru əvəzinə Snapdragon prosessorunu əldə edəcək və onun arxa paneli şüşə materialdan hazırlanmış örtüyə sahib olacaq. Üstəlik Nothing Phone (2a) Plus-ın sürətli naqilsiz şarj texnologiyasının dəstəyini də əldə edəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

560 işıq ili uzaqlığında potensial su dünyası kəşf edilib
