main-post-cover

    Nothing Phone (2a) smartfonu rəsmi şəkildə təsdiqlənib

    Cihazlar+
    01.02.2024
    Emil Nəcəfov
         Hələ keçən il məlumat ortaya çıxmışdı ki, Nothing şirkəti Nothing Phone (2a) adlı yeni smartfon üzərində çalışır. İndi isə bu məlumat rəsmi şəkildə təsdiqlənib. Belə ki, şirkət X-dəki (keçmiş Twitter) hesabında Nothing Phone (2a)-nın qısa video tizerini paylaşıb. Videoda smartfonun xarici görünüşü sərgilənməsə də Nothing Phone (2a) adını görmək olar. Qeyd etmək lazımdır ki, Nothing şirkəti bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisində iştirak edəcək.
         Nothing Phone (2a)-nın da məhz sözügedən sərgi çərçivəsində təqdim olunacağı gözlənilir. Son məlumat sızıntılarına əsasən şirkətin yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekranla təchiz olunacaq, MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq, 50 MP + 50 MP ikili arxa kameranı əldə edəcək və özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 4290 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone ((2a)-nın vacib özəlliklərindən biri məlum olub
    nothing-phone-2a-nin-vacib-ozelliklerinden-biri-melum-olub
    Nothing Phone (2a) və Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı açıqlanıb
    nothing-phone-2a-ve-nothing-phone-3-un-ne-zaman-teqdim-olunacagi-aciqlanib
    Məşhur insayder Nothing Phone (2a) barəsində növbəti məlumatları təqdim edib
    meshur-insayder-nothing-phone-2a-baresinde-novbeti-melumatlari-teqdim-edib
    Nothing Phone (2a)-nın keyfiyyətli render fotosu ortaya çıxıb
    nothing-phone-2a-nin-keyfiyyetli-render-fotosu-ortaya-cixib
    Nothing Phone (2a)-nın texniki özəllikləri ilə bağlı növbəti məlumatlar ortaya çıxıb
    nothing-phone-2a-nin-texniki-ozellikleri-ile-bagli-novbeti-melumatlar-ortaya-cixib