main-post-cover

    Nothing Phone (2a) təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    05.03.2024
    Emil Nəcəfov
         Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Nothing şirkəti sonunda Nothing Phone (2a) smartfonunu təqdim edib. Şirkətin sözügedən yeni smartfonu Nothing Phone (1) ilə Nothing Phone (2) arasındakı yeri tutur. Bununla belə şirkət öz yeni smartfonunu qiymət baxımından daha əlçatan edib. Nothing Phone (2a) smartfonu Nothing Phone (2) kimi yastı gövdəni əldə edib. Yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir və o, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi həmçinin IP54 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Nothing Phone (2a) əvvəlki Nothing Phone modelləri kimi şəffaf arxa panelə sahibdir. Lakin yeni smartfonda arxa kameralar üfüqi şəkildə yerləşiblər və onların ətraflarında Glyph işıqlandırma sistemi var. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Dimensity 7200 Pro prosessoru vasitəsilə çalışır və özündə 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir.
         Kameralar mövzusunda smartfon 50 MP + 50 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Nothing Phone (2a) 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Nothing OS 2.5 istifadəçi interfeysli Android 14 vasitəsilə çalışır. Nothing Phone (2a) yaxın zamanda satışa çıxacaq. 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 329 avroya, 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 379 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (2a)-nın xarici görünüşü yeni rəsmi fotolar vasitəsilə sərgilənib
    nothing-phone-2a-nin-xarici-gorunusu-yeni-resmi-fotolar-vasitesile-sergilenib
    Nothing Phone (2a)-nın yeni rəsmi fotoları məşhur insayder tərəfindən təqdim edilib
    nothing-phone-2a-nin-yeni-resmi-fotolari-meshur-insayder-terefinden-teqdim-edilib
    Nothing Phone (2a)-nin rəsmi render fotosu təqdim edilib
    nothing-phone-2a-nin-re
    Nothing Phone (2a)-nın yeni render fotoları təqdim edilib və onun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
    nothing-phone-2a-nin-yeni-render-fotolari-teqdim-edilib-ve-onun-hansi-prosessoru-elde-edeceyi-resmi-sekilde-aciqlanib
    Nothing Phone (2a)-nın MediaTek Dimensity 7200 prosessorunu əldə edəcəyi məlumatı təkzib edilib
    nothing-phone-2a-nin-mediatek-dimensity-7200-prosessorunu-elde-edeceyi-melumati-tekzib-edilib