Nothing Phone (2a) və Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı açıqlanıb
Gizmochina saytı Nothing şirkətinin yeni smartfonlarının nə zaman təqdim olunacaqları barəsində məlumat verib. Söhbət, Nothing Phone (2a) və Nothing Phone (3)-dən gedir. Beləliklə verilmiş məlumata əsasən Nothing Phone (2a) smartfonu bu ilin birinci rübündə təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Nothing şirkəti hələ keçən il rəsmi şəkildə anons etmişdi ki, o, MWC 2024 sərgisində iştirak edəcək. MWC 2024 sərgisi isə gələn ayın sonunda start götürəcək. Heç istisna deyil ki, Nothing Phone (2a) məhz bu sərgi çərçivəsində təqdim olunsun. Nothing Phone (3)-ə gəldikdə isə Gizmochina bildirib ki, o bu ilin iyul ayında təqdim olunacaq.