Logo
    main-post-cover

    Nothing Phone (3)-də Glyph işıqlandırma Glyph Matrix elementi ilə əvəz ediləcək

    Cihazlar+
    20.06.2025
    Emil
         Bir müddət əvvəl insayderlərdən biri məlumat vermişdi ki, Nothing Phone (3) smartfonu bu seriyanın fərqləndirici elementi olan tanınmış Glyph işıqlandırma sistemini əldə etməyəcək. Nothing-in belə stilistik bir dizayndan imtina etməsi təəccüblü görünürdü, lakin yeni yayımlanmış tizer videosu bu məlumatı qismən təsdiqləyib. Nothing qısa bir video yayımlayaraq, Nothing Phone (3)-də Glyph işıqlandırma sistemini əvəz edəcək yeni dekorativ elementi təqdim edib. Bu yenilik Glyph Matrix adlanır və smartfonun arxa panelinin yuxarı sağ küncündə yerləşir. Nothing tizeri “İşıq dilə çevriləndə” ifadəsi ilə müşayiət edib. Bu səbəbdən Glyph Matrix müəyyən simvolları, piktoqramları və bəlkə də əlavə məlumatları - məsələn, vaxtı - göstərə biləcək. Qeyd etmək lazımdır ki, Nothing Phone (3)-ün təqdimatı 1 iyul tarixində baş tutacaq. Onun satışlarına isə iyulun ortasında start veriləcəyi gözlənilir.
    View post on X
    Paylaş