Logo
    main-post-cover

    Nothing Phone (3) smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    26.11.2024
    Emil
         Nothing şirkəti bu il Nothing Phone (3) smartfonunu təqdim etmədi. Smartfonun təqdimatı gələn il üçün gözlənilir. İndi isə məlum olub ki, Nothing Phone (3) smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Geekbench-in məlumatlar bazasında qeyd edilib ki, smartfonun prosessoru özündə 2.5 GHz tezlikdə çalışan 1 ədəd nüvəni, 2.4 GHz tezlikdə çalışan 3 ədəd nüvəni və 1.8 Ghz tezlikdə çalışan 4 ədəd nüvəni birləşdirir.
         Bu göstəricilər Snapdragon 7s Gen 3 prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Nothing Phone (3) qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1149 xal, çox nüvəli testi çərçivəsində isə 2813 xal toplayıb. Gözləntilərə əsasən Nothing şirkəti gələn il Nothing Phone (3) ilə yanaşı həmçinin Phone (3) Pro modelini də təqdim edəcək.
    Paylaş