
Nothing Phone (3)-ün hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
18.06.2025
Emil
Nothing şirkəti 1 iyul tarixində Nothing Phone (3) smartfonunu təqdim edəcək. Müddət yaxınlaşdıqca şirkət sözügedən smartfon barəsində müəyyən məlumatları paylaşmağa davam edir. Daha öncə Nothing Phone (3)-ün hansı prosessor vasitəsilə çalışacağı barəsində kifayət qədər məlumat ortaya çıxmışdı. İndi isə şirkət bu məlumatı rəsmi şəkildə təqdim edib. Beləliklə Nothing tərəfindən təqdim edilmiş posterə əsasən Nothing Phone (3) smartfonu Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışacaq. Şirkət bunun hesabına yeni smartfonda performans artımını və yaxşılaşdırılmış istifadəçi təcrübəsini söz verir.

Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
