Logo
    main-post-cover

    Nothing Phone (3)-ün ilk real fotosu ortaya çıxıb

    Cihazlar+
    25.06.2025
    Emil
         Nothing şirkəti 1 iyul tarixində Nothing Phone (3) smartfonunu təqdim edəcək. Təqdimata sayılı günlər qalmış internetdə Nothing Phone (3)-ün ilk real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun yalnız arxa paneli əks olunub. Foto sözügedən smartfon barəsində daha öncə olmuş vacib bir məlumat sızıntısını təsdiqləyib. Belə ki, Nothing Phone (3)-də Glyph adlı ənənəvi işıqlandırma sistemi olmayacaq. Onun əvəzinə arxa panelin yuxarı sağ hissəsində Glyph Matrix adlı kiçik ölçülü matrisalı ekran yerləşəcək. Artıq rəsmi olaraq məlumdur ki, Nothing Phone (3) smartfonu Snapdragon 8s Gen 4 subflaqman prosessoru vasitəsilə çalışacaq.
    Paylaş