Logo
    main-post-cover

    Nothing Phone (3)-ün konkret təqdimat tarixi elan edilib

    Cihazlar+
    03.06.2025
    Emil
         Nothing şirkəti hal-hazırda Nothing Phone (3) smartfonunun təqdimatına hazırlaşır. Şirkətin CEO-su Carl Pei hələ bir neçə müddət bundan öncə rəsmi şəkildə açıqlamışdı ki, bu yeni smartfon iyul ayında təqdim olunacaq. Lakin təqdimatın konkret olaraq hansı tarixdə baş tutacağı açıqlanmadı. İndi isə Nothing şirkəti öz yeni smartfonunun konkret olaraq hansı tarixdə təqdim olunacağını rəsmi şəkildə elan edib. Beləliklə şirkət tərəfindən təqdim olunmuş posterə əsasən Nothing Phone (3) smartfonu 1 iyul tarixində təqdim olunacaq.
    Paylaş