
Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı məlum olub
Cihazlar+
15.01.2025
Emil
Nothing şirkəti keçən il Nothing Phone (3) smartfonunu təqdim etmədi. Buna görə də sözügedən smartfonun bu il təqdim olunacağı gözlənilir. İndi isə bunun nə zaman baş verəcəyi məlum olub. Evan Blass adlı məşhur insayder Nothing şirkətinin CEO-su olan Carl Pei tərəfindən şirkət əməkdaşlarına göndərilmiş məktubu təqdim edib. Məktubda qeyd edilib ki, 2025-ci il Nothing brendi üçün vacib il olmalıdır. Belə ki, şirkət bu il yeni flaqman smartfonu olacaq Nothing Phone (3)-ün təqdimatını keçirəcək.
Məktubda qeyd edilmiş məlumata əsasən Nothing Phone (3) smartfonu bu ilin birinci rübündə təqdim olunacaq. Gözləntilərə əsasən bu yeni smartfon istifadəçi interfeysi mövzusunda özü ilə inqilabi innovasiyaları gətirəcək. Şirkət öz diqqətini süni zəkadan istifadəyə yönəldəcək. Carl Pei həmçinin öz məktubunda şirkətin böyüməsi halından da bəhs edib. Onun sözlərinə əsasən şirkətin proqram təminatı və kameralar ilə bağlı komandalarında işçi sayı 50% artıb.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
