Logo
    main-post-cover

    Nothing Phone (3)-ün nə zaman təqdimat müddəti rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    15.05.2025
    Emil
         The Android Show çərçivəsində Nothing şirkətinin baş direktoru Carl Pei şirkətin yeni flaqman smartfonunun nə zaman təqdim olunacağını açıqlayıb. Söhbət, Nothing Phone (3)-dən gedir. Carl Pei bildirib ki, Nothing Phone (3) 2025-ci ilin yayında satışa çıxacaq və bütün sahələrdə əvvəlki modeldən üstün olacaq. İstehsalçı məqsəd qoyub ki, cihazın bütün komponentlərini yeni keyfiyyət səviyyəsinə yüksəltsin, onu ən yaxşı texniki elementlərlə təchiz etsin, performansı əhəmiyyətli dərəcədə artırmağa, təhlükəsizliyi gücləndirməyə və istifadə rahatlığını maksimum səviyyəyə çatdırmağa nail olsun. Nothing Phone (3) yenilənmiş, lakin tanınan dizayna sahib olacaq - böyük kamera bloku və onun ətrafında dairəvi işıqlandırma ilə. İstehsalçı güclü prosessor və təkmilləşdirilmiş ekran vəd edir, baxmayaraq ki, texniki detallarla bağlı hələ heç bir məlumat açıqlanmayıb.
    Paylaş