
Nothing Phone (3)-ün təqdimatı anons edilib
Cihazlar+
27.01.2025
Emil
Qeyri-adi dizayna sahib smartfonları ilə tanınan Nothing şirkəti növbəti təqdimat tədbirini anons edib. Şirkətin təqdim etmiş olduğu rəsmi posterlərə əsasən növbəti təqdimat tədbiri 4 mart tarixində Barselonada baş tutacaq. Posterlərdən birində oval formalı kamera sahəsini görmək olar. Bu isə təqdimat tədbiri çərçivəsində dəqiq şəkildə Nothing-in yeni smartfonunun təqdim olunacağı deməkdir. Şirkətin yeni smartfonu böyük ehtimal ilə özündə üçlü arxa kameranı birləşdirəcək. Oval formalı kamera sahəsi məhz belə bir ehtimala işarə edir. Kameraların göstəriciləri barəsində heç bir məlumat yoxdur. Üstəlik 4 mart tarixində təqdim olunacaq bu yeni smartfonun necə adlanacağı da aydın deyil. Digər tərəfdən Nothing şirkətinin CEO-su Carl Pei daha öncə bildirmişdi ki, Nothing Phone (3) smartfonu 2025-ci ilin birinci rübündə təqdim ediləcək. Buna görə də 4 mart tarixində məhz Nothing Phone (3)-ün təqdimatını gözləmək olar.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
