
Nothing Phone (3)-ün təqribi təqdimat müddəti açıqlanıb
Cihazlar+
23.04.2024
Farid
Heç şübhəsiz Nothing şirkəti yaxın aylar ərzində Nothing Phone (3) adlı yeni smartfonunu təqdim edəcək. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Nothing Phone (3) smartfonu Tetris kod adına sahibdir. İndi isə Android Headlines saytı Nothing Phone (3)-ün təqribi olaraq nə zaman təqdim olunacağını açıqlayıb. Beləliklə verilmiş məlumata əsasən smartfon bu ilin ikinci yarısında təqdim olunacaq. Məlumatda qeyd edilib ki, çox güman ki, bu, iyul ayında baş tutacaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (2) smartfonu da keçən il İyul ayında təqdim olunmuşdu. Buna görə də Nothing Phone (3)-ün bu il iyul ayında təqdimatı məntiqli səslənir. Qeyd etmək lazımdır ki, Nothing Phone (3)-ün Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
