Nothing Phone (3)-ün yay təqdimatı anons edilib
Britaniyanın Nothing şirkəti Nothing Phone (3) flaqman smartfonunun təqdimat tarixini açıqlayıb. Şirkət iyul 2025-də keçiriləcək təqdimata dair tizer videonu sərgiləyib. Beləliklə Nothing-in bu yeni smartfonu iyul ayında təqdim olunacaq. Dəqiq tarix açıqlanmasa da, şirkət üçün “3” rəqəmi “sehrli rəqəm” hesab olunduğuna görə, Nothing Phone (3) modelinin 3 iyul tarixində təqdim ediləcəyi ehtimal edilir. Daha əvvəl bildirilmişdi ki, istehsalçı bu modeldə bütün komponentləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağı, ən yaxşı texniki hissələrlə təchiz etməyi, performansı əhəmiyyətli dərəcədə artırmağı, təhlükəsizliyi yüksəltməyi və istifadə rahatlığını maksimum səviyyəyə çatdırmağı qarşısına məqsəd qoyub. Nothing Phone (3) yenilənmiş, lakin əvvəlki modellərdən tanınan dizayna sahib olacaq - böyük kamera bloku və onun ətrafında dairəvi işıqlandırma. Cihazda güclü prosessor və yaxşılaşdırılmış ekran olacağı vəd edilir, lakin texniki xüsusiyyətlər hələ açıqlanmayıb.