Nothing Phone (3a) Lite smartfonunun təqdimatı anons olunub
Nothing şirkəti öz yeni smartfonunun təqdimatını anons edib. Söhbət, Nothing Phone (3a) Lite-dan gedir. Şirkətin rəsmi anonsuna əsasən sözügedən yeni smartfon 29 oktyabr tarixində təqdim olunacaq. Bununla yanaşı şirkətin təqdim etmiş olduğu fotoda Nothing Phone (3a) Lite-ın gövdəsinin bir hissəsi əks olunub. Çox güman ki, fotoda əks olunmuş hissə smartfonun arxa panelinə aiddir. Nothing rəsmi şəkildə təsdiqləyib ki, Nothing Phone (3a) Lite smartfonu şəffaf gövdə dizaynını əldə edəcək. Son məlumat sızıntılarına inansaq, təqdimata hazırlaşan bu yeni smartfon MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışacaq.
Paylaş