
Nothing Phone (3a) smartfonlarının kameraları barəsində yeni məlumatlar ortaya çıxıb
Cihazlar+
18.02.2025
Emil
Nothing Phone (3a) və (3a) Pro təqdimatına az qalmış, bu smartfonların əsas xüsusiyyətlərini açıqlayan yeni məlumatlar internetdə yayımlanıb. Bu dəfə sızmanın mənbəyi cihazların kamera xüsusiyyətləri ilə bağlı detalları paylaşıb. Məlumata görə:
- Nothing Phone (3a) 2 qat optik zoomlu teleobyektivə sahib olacaq
- Nothing Phone (3a) Pro isə 3 qat optik zoom dəstəkləyən telefotokamera ilə təchiz ediləcək.

Bu arada, Nothing şirkətinin X sosial şəbəkəsindəki rəsmi hesabında sirli bir tizer yayımlanıb. Bu tizerdə görünən xüsusi nöqtələrin Nothing Phone (3a) və (3a) Pro modellərinin kamera dizaynına aid olduğu ehtimal edilir. Buna görə də, smartfonlardan birinin kamera sensorları şaquli düzülüşdə, digərinin isə L hərfi formasında ola bilər.

Daha öncəki məlumat sızıntılarına inansaq, smartfonlardan biri 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.72 düym ölçülü AMOLED ekranla təchiz olunacaq, Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq, özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək və 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Qeyd etmək lazımdır ki, Nothing Phone (3a) seriyasının təqdimatı 4 mart tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Nothing Phone (3a) seriyasının hansı prosessorları əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Hələlik şirkət yeni prosessorun dəqiq texniki xüsusiyyətlərini açıqlamayıb.

Cihazlar+
Nothing şəffaf dizayna sahib yeni naqilsiz qulaqlığı üzərində çalışır
Nothing brendi yeni naqilsiz qulaqlığı təqdim etməyə hazırlaşır. Belə ki bir neçə müddət bundan öncə bu yeni audio məhsul SGS Fimko adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb.

Cihazlar+
Nothing Phone (3a) smartfonu iPhone 16 seriyasının özəlliklərindən birini əldə edəcək
Nothing şirkəti Nothing Phone (3a) smartfonunun 4 mart 2025-ci ildə təqdim olunacağını artıq elan edib və onun reklam kampaniyası sürətlə genişlənir.

Cihazlar+
Nothing Phone (3a) smartfon seriyasının təqdimatı anons edilib
Nothing şirkəti bir neçə gün bundan öncə növbəti təqdimat tədbirini anons etdi. Şirkətin növbəti təqdimat tədbiri 4 mart tarixində baş tutacaq. Lakin şirkət 4 mart tarixində hansı məlumatın təqdim olunacağını açıqlamadı.

Cihazlar+
Nothing Phone (3)-ün təqdimatı anons edilib
Qeyri-adi dizayna sahib smartfonları ilə tanınan Nothing şirkəti növbəti təqdimat tədbirini anons edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
