
Nothing Phone (3a) smartfonu iPhone 16 seriyasının özəlliklərindən birini əldə edəcək
Cihazlar+
04.02.2025
Emil
Nothing şirkəti Nothing Phone (3a) smartfonunun 4 mart 2025-ci ildə təqdim olunacağını artıq elan edib və onun reklam kampaniyası sürətlə genişlənir. Nothing tərəfindən təqdim edilmiş yeni görüntü smartfonun kamera üçün xüsusi düyməyə sahib olacağını göstərir. Bu düymə, kameranı sürətli şəkildə işə salmaq və foto/video çəkmək üçün rahat bir alət olacaq. Bu, iPhone 16 smartfon seriyasındakı Camera Control düyməsinə bənzəyəcək. Nothing Phone (3a) istifadəçiləri yalnız dizaynı ilə deyil, həm də təkmilləşdirilmiş kamera imkanları ilə təəccübləndirəcək. Yeni modelin aşağıdakı kamera konfiqurasiyasına sahib olacağı gözlənilir:
- 50 MP əsas kamera
- 50 MP telekamera (2 qat optik zoom) - bu, Nothing brendi üçün ilk olacaq
- 8 MP ultra genişbucaqlı kamera.
- 50 MP telekamera (2 qat optik zoom) - bu, Nothing brendi üçün ilk olacaq
- 8 MP ultra genişbucaqlı kamera.

Bu xüsusiyyətlər Phone (3a)-nın kamera baxımından Nothing-in indiyə qədərki ən inkişaf etmiş modeli ola biləcəyini göstərir. Digər texniki imkanlara gəldikdə, Nothing Phone (3a)-nın 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym ölçülü AMOLED ekranı əldə edəcəyi, Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, çox güman ki, smartfon şəffaf arxa panel dizaynını əldə edəcək.
Mənbə: Nothing
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Nothing Phone (3a) smartfon seriyasının təqdimatı anons edilib
Nothing şirkəti bir neçə gün bundan öncə növbəti təqdimat tədbirini anons etdi. Şirkətin növbəti təqdimat tədbiri 4 mart tarixində baş tutacaq. Lakin şirkət 4 mart tarixində hansı məlumatın təqdim olunacağını açıqlamadı.

Cihazlar+
Nothing Phone (3)-ün təqdimatı anons edilib
Qeyri-adi dizayna sahib smartfonları ilə tanınan Nothing şirkəti növbəti təqdimat tədbirini anons edib.

Cihazlar+
Nothing növbəti smartfonuna dair qeyri-adi tizer fotonu bölüşüb
Nothing şirkəti X-dəki (keçmiş Twitter) hesabında növbəti smartfonuna işarə edən fotonu təqdim edib. Görünür, şirkət yeni smartfonunun təqdimatına aktiv şəkildə hazırlaşır.

Tech-Biznes
Nothing şirkəti irimiqyaslı genişlənməyə hədəflənib
Şəffaf arxa panellərə sahib smartfonları ilə tanınan Nothing şirkəti öz fəaliyyətinin genişləndirilməsi üçün 100 milyon dollar investisiya cəlb etməyi planlaşdırır.

Cihazlar+
Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı məlum olub
Nothing şirkəti keçən il Nothing Phone (3) smartfonunu təqdim etmədi. Buna görə də sözügedən smartfonun bu il təqdim olunacağı gözlənilir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
