Logo
    main-post-cover

    Nothing Phone (3a) və Phone (3a) Plus smartfonları barəsində bəzi məlumatlar ortaya çıxıb

    Cihazlar+
    25.12.2024
    Emil
         Nothing şirkəti bu ilin mart ayında Nothing Phone (2a) smartfonunu, iyul ayında isə onun təkmilləşdirilmiş versiyası Nothing Phone (2a) Plus smartfonunu təqdim etmişdi. Hal-hazırda şirkət Nothing Phone (3a)Nothing Phone (3a) Plus smartfonları üzərində çalışır. İnternetdə bu smartfonlar barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən hər iki smartfon Snapdragon 7s Gen prosessoru vasitəsilə çalışacaq.
         Bu öz növbəsində yeni smartfonlarda performans baxımından irəli addım olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Nothing Phone (2a) modeli MediaTek Dimensity 7200 prosessoru vasitəsilə, Nothing Phone (2a) Plus modeli isə Dimensity 7350 prosessoru vasitəsilə çalışır. Məlumatda qeyd edilib ki, Nothing Phone (3a) modeli telekameranı, Nothing Phone (3a) Plus modeli isə zoom özəllikli periskop kameranı əldə edəcək. Nothing-in bu yeni smartfonlarında həmçinin eSIM dəstəyinin olacağı da gözlənilir. Smartfonlar barəsində digər bir məlumat hələ yoxdur.
    Paylaş