
Nothing Phone (3a) və Phone (3a) Pro-nun render fotoları təqdim edilib
Cihazlar+
21.02.2025
Emil
Nothing şirkəti 4 mart tarixində Nothing Phone (3a) smartfon seriyasını təqdim edəcək. Bu seriyaya adi Nothing Phone (3a) ilə yanaşı Nothing Phone (3a) Pro da daxil olacaq. Şirkət sözügedən smartfonların xarici görünüşlərini hələ sərgiləməyib. Buna görə də onun yerinə bunu Android Headlines saytı edib. Sözügedən sayt həm Nothing Phone (3a)-nın həm də Nothing Phone (3a) Pro-nun render fotolarını təqdim edib.

Təqdim edilmiş render fotolardan da görmək olar ki, kamera sahəsinin dizaynı istisna olmaqla smartfonlar bir-birilərinə bənzəyirlər. Fotolara əsasən Nothing Phone (3a) modelinin arxa panelində üfüqi şəkildə yerləşəcək 3 ədəd kamera mövcud olacaq. Nothing Phone (3a) Pro modelinə gəldikdə isə onun da arxa panelində də 3 ədəd kamera yerləşəcək. Lakin bu modeldə onlar bir-birilərindən bir qədər ayrı yerləşəcəklər.

Bəzi məlumatlara əsasən hər iki smartfon 50 MP + 8 MP + 50 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Gözləntilərə əsasən Nothing Phone (3a) modeli 2 qat optik zoom-u və 30 qat rəqəmsal zoom-u təmin edəcək. Nothing Phone (3a) Pro-nun isə 3 qat optik zoom-u və 60 qat rəqəmsal zoom-u təmin edəcəyi gözlənilir. Hər iki smartfon çox güman ki, 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunacaq.


Mənbə: Android Headlines
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimata hazırlaşan Nothing Phone (3a) Pro smartfonu Geekbench testlərindən keçib
Nothing şirkəti 4 mart tarixində Nothing Phone (3a) smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Nothing Phone (3a) ilə yanaşı Phone (3a) Pro modeli də daxil olacaq.

Cihazlar+
Nothing Phone (3a) smartfonlarının kameraları barəsində yeni məlumatlar ortaya çıxıb
Nothing Phone (3a) və (3a) Pro təqdimatına az qalmış, bu smartfonların əsas xüsusiyyətlərini açıqlayan yeni məlumatlar internetdə yayımlanıb. Bu dəfə sızmanın mənbəyi cihazların kamera xüsusiyyətləri ilə bağlı detalları paylaşıb.

Cihazlar+
Nothing Phone (3a) seriyasının hansı prosessorları əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Hələlik şirkət yeni prosessorun dəqiq texniki xüsusiyyətlərini açıqlamayıb.

Cihazlar+
Nothing şəffaf dizayna sahib yeni naqilsiz qulaqlığı üzərində çalışır
Nothing brendi yeni naqilsiz qulaqlığı təqdim etməyə hazırlaşır. Belə ki bir neçə müddət bundan öncə bu yeni audio məhsul SGS Fimko adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb.

Cihazlar+
Nothing Phone (3a) smartfonu iPhone 16 seriyasının özəlliklərindən birini əldə edəcək
Nothing şirkəti Nothing Phone (3a) smartfonunun 4 mart 2025-ci ildə təqdim olunacağını artıq elan edib və onun reklam kampaniyası sürətlə genişlənir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
