Nothing şirkəti iki yeni smartfon üzərində çalışır
Gizmochina saytının vermiş olduğu məlumata əsasən Nothing şirkəti iki yeni smartfon üzərində çalışır. Smartfonlardan biri A059 model nömrəsinə, digəri isə A059P model nömrəsinə sahibdir. Çox güman ki, bunlar bir seriyaya daxil olan iki smartfondur. Çox güman ki, birinci model nömrə smartfonun adi versiyasını, ikinci model nömrəsi isə smartfonun Plus versiyasını əks etdirir. Smartfonların texniki imkanları barəsində təəssüflər olsun ki, heç bir məlumat yoxdur. Üstəlik bu smartfonların dəqiq şəkildə hansı brend altında satılacaqları da bilinmir. Belə ki, onlar Nothing brendi altında və ya şirkətin CMF adlı subbrendi altında satışa çıxa bilərlər. Çox güman ki, Nothing-in hazırladığı bu yeni smartfonlar gələn il təqdim olunacaqlar.