Logo
    main-post-cover

    Nothing şirkəti öz yeni cihazının ilk tizer fotosunu bölüşüb

    Cihazlar+
    04.06.2024
    Emil
         Nothing şirkəti öz yeni cihazının təqdimatına hazırlaşır. Belə ki, şirkət sosial media hesablarında öz yeni məhsulunun ilk tizer fotosunu bölüşüb. Təqdim edilmiş tizer fotoda yeni cihazın gövdəsi və gövdəyə bərkidilmiş şurupu görmək olar. Fotoda əks olunmuş gövdə hissəsi çox güman ki, Nothing Phone (3)-ə aiddir. Şirkət fotonun təsvirində yeni smartfonun nə zaman təqdim olunacağı barəsində məlumat qeyd etməsə də, bu, ya bu ay ya da gələn ay baş tuta bilər. Son məlumat sızıntılarına əsasən Nothing Phone (3) smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun özündə 5000-5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Nothing tərəfindən təqdim edilmiş ilk tizer fotoda Nothing Phone (3)-ün deyil, onun CMF adlı subbrendinin ilk smartfonunun əks olunma ehtimalı da var. Söhbət, CMF Phone (1)-dən gedir.
    Paylaş